Modern.az

Bakıda skuterlərə qadağa qoyulub? - Rəsmi AÇIQLAMA

Bakıda skuterlərə qadağa qoyulub? - Rəsmi AÇIQLAMA

2 İyun 2023, 13:15

Sosial şəbəkələrdə Bakıda skuter icarəsi ilə məşğul olan şirkətlərin faəliyyətinin müvəqqəti olaraq dayandırılması barədə məlumatlar yayılıb. İstifadəçilərə bildirilib ki, elektriklə işləyən skuterlərin icarəsinin dayandırılmasına səbəb polis reydləridir.

 

Şirkətlər yolda skuter sürən şəxslərin bəzən cərimələndiyini, hətta elektron vasitələrin cərimə meydançasına aparıldığını bildiriblər.

 

Modern.az məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli ilə əlaqə saxlayıb.

 

O, saytımıza açıqlamasında deyib ki, "Yol hərkəti haqqında" qanunun 1-ci maddəsinin 26-cı bəndinə uyğun olaraq, skuterlər mopedlərlə oxşar xüsusiyyətlərə malikdir, yəni bu növ nəqliyyat vasitəsini idarə edənlər qanunun 46-cı maddəsinə uyğun olaraq nəzərdə tutulan tələblərə cavab verməlidir.

 

 

"Yolun sağ zolağı ilə getməli, idarəetmə zamanı baş geyimindən düzgün istifadə edərək təhlükəsizliyə zəmanət verməlidirlər. Hər bir hal inzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində müəyyən olunmuş məsuliyyətləri formalaşdırır. Baş geyimindən düzgün şəkildə istifadə etməmək 40 manat məbləğində, digər hallarda isə qayda pozuntularına uyğun olaraq 20 manatdan 100 manat məbləğinə qədər cərimələr tətbiq edilir. Bu növ nəqliyyat vasitələrindən istifadə edən şəxslərdən yollarda piyadalara, avtomobil yollarında isə xüsusilə nəzərdə tutulmuş qaydalara düzgün şəkildə riayət etməklə sürücülərə təhlükə yaratmamağı xahiş edirik. Hər bir nəqliyyat vasitəsi təyinatı üzrə düzgün qaydada istifadə olunduqda, yol hərəkəti qaydaları düzgün şəkildə icra olunduqda burada hər hansı məhdudiyyətin tətbiq olunmasından söhbət gedə bilməz", - deyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?