Modern.az

Samir Şərifovdan Hesablama Palatasına İRAD

Samir Şərifovdan Hesablama Palatasına İRAD

2 İyun 2023, 13:24

Hesablama Palatasının rəyində Maliyyə Nazirliyi tərəfdən hazırlanan hesabatda risk amilləri nəzərə alınmayıb deyə nöqsan kimi qeyd olunub.

 

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

 

“Hesablama Palatası tərəfindən risk məsələlərinin açılmaması nöqsan olaraq qeyd edilib. Biz bunu qəbul edə bilərik, amma anlaşılmayan hissələr var. Biz cari il üçün təqdim olunan büdcədə nəzərə alınan riskləri qeyd etmişik. Həmin risklər indi də öz aktuallığını saxlamaqdadır”,- deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?