Modern.az

Rayonlara leysan yağıb, dolu düşüb 

Rayonlara leysan yağıb, dolu düşüb 

2 İyun 2023, 15:56

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 15:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Gəncə, Lerikdə yağış yağıb, Gədəbəy rayonunun Slavyanka, Maarif, Daşbulaq, Nərimankənd və Söyüdlü kəndlərinə saat 14:30-14:40 radələrində dolu düşüb.

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Aran rayonlarında isə 23-27 dərəcə isti qeydə alınıb.

 

Respublikanın bəzi çaylarında sululuq azalıb, Qarasuçay-Zərdab çayında isə 21 sm artım müşahidə olunub.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?