Modern.az

Rusiya hərbçiləri Ermənistanda təlim keçdi

Rusiya hərbçiləri Ermənistanda təlim keçdi

9 İyun 2023, 11:14

Rusiya hərbçiləri Ermənistanda təlim keçiblər.

 

Modern.az xəbər verir ki, Rusiyanın Cənub Hərb Dairəsinin Ermənistandakı bazasının anti-terror bölmələri Gümrü qarnizonu ərazisində keçirilən təlimdə iştirak ediblər.

 

Təlim mümkün döyüş vəziyyətinə yaxın şəraitdə baş tutub.

 

Məlumata görə, döyüş vəziyyəti yaratmaq üçün müxtəlif imitasiya vasitələrindən, o cümlədən boş döyüş sursatı, partlayıcılar və səs qumbaralarından istifadə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?