Modern.az

Taksi fəaliyyəti ilə bağlı yeni RÜSUMLAR

Taksi fəaliyyəti ilə bağlı yeni RÜSUMLAR

12 İyun 2023, 11:01

Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları müəyyən edilir.

 

Modern.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağədakı kimi müəyyən edilir.

 

- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 125 manat

 

- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 25 manat

 

- Azərbaycan Respublıkası ilə xarıcı olkələr arasında avtomobıl nəqliyyatı ılə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 250 manat

 

- Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 75 manat

 

- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi: 3000 manat

 

Qanun 2023-cü il oktyabrın1-dən qüvvəyə minir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?