“Ölkədə metrodan istifadə edənlərin sayı azalıb”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev bildirib.
Deputat hesab edir ki, buna səbəb taksilərdir: "Bütün dünyada ən rahat nəqliyyat növü metrodur, amma statistikaya əsasən, metrodan istifadə halları azalıb. Bu da Bakıda əhalinin sayının azalması və digər səbəblərlə bağlı deyil. Hesab edirəm ki, taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir. Bizdə beynəlxalq taksi şirkətləri fəaliyyət göstərir. Türkiyədə bu xidmətlər çox ciddi araşdırılaraq, nəzarətdə saxlanılır. Bu yaxınlarda Türkiyədə "Uber" qadağan olunub. Bu, bir reallıqdır. Digər tərəfdən qonşu Gürcüstanın paytaxtında təkcə “Bolt” fəaliyyət göstərir. Biz də bu qaydadan istifadə edib, 3,5 taksi aqreqatorunu ədalətli rəqabətə cəlb edə bilərik”.
Komitə sədri Tahir Mirkişili deputata cavab olaraq bildirib ki, yeni hazırlanan qanunda məhdudiyyət nəzərdə tutulub.