34 nömrəli tam orta məktəbin həyətində kütləvi dava olması və XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) bıçaqlanması barədə məlumat həqiqəti əks etdirmir.
Modern.az xəbər verir ki, məktəbdən APA-ya verilən məlumata görə, valideynlərin yazılı qaydada bildirdiyinə görə adıçəkilən şagirdin qardaşı 11.06.2023-cü ildə dostu ilə Nabranda istirahət mərkəzində mübahisə ediblər, daha sonra Nərimanov rayonunda məhəllələrin birində mübahisənin davamı olub:
"Bu əsnada məktəbin şagirdi də qardaşına görə hadisənin iştirakçısına çevrilib. Həmin şagird bu gün dərs prosesində iştirak edib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır" - məktəbin məlumatında bildirilib.