Modern.az

Türkiyə ordusundan terrorçulara daha bir ZƏRBƏ

Türkiyə ordusundan terrorçulara daha bir ZƏRBƏ

Aktual

12 İyun 2023, 15:12

Türkiyə ordusu Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatı zonasında beş YPG (PKK qruplaşmasının Suriya qanadı) terrorçusunu məhv edib. Bununla da son bir sutkada öldürülən silahlıların ümumi sayı 12 nəfərə çatıb.

 

Modern.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, əməliyyat “Cibrin” hərbi bazası və “Öncüpınar” polis postunun atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Diqqətə çatdırılıb ki, Türkiyə ordusunun fəaliyyəti özünümüdafiə hüququna əsaslanır və əməliyyatlar hazırda davam edir.

 

Qeyd edək ki, iyunun 11-də Suriyanın şimalında YPG terror təşkilatının rəhbər vəzifələr tutan iki üzvü daxil olmaqla yeddi terrorçu öldürülmüşdü.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?