Modern.az

Nazirliyin əməkdaşları Sumqayıtda yanğın olan ərazidədirlər

Nazirliyin əməkdaşları Sumqayıtda yanğın olan ərazidədirlər

13 İyun 2023, 15:20

Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və mütəxəssisləri hazırda hadisə yerindədirlər.

 

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova Modern.az-a bildirib ki, yanğın nəticəsində havaya qatı tüstü yayılıb.

 

Hazırda Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzin əməkdaşları tərəfindən ərazidə atmosfer havasının monitorinqi işlərinə başlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?