“ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladlarının "Məzun günü" adlı tədbir keçirlib. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Modern.az xəbər verir ki, təşkilatın sədri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxışında şəhid övladlarına hər cür qayğı və diqqətin vacib olduğunu vurğulayıb.
"Bu il mənim övladım da daxil 30 dan artıq şəhid yadigarı olan şagird məzun olur. Mən onları öz balalarım kimi çox istəyirəm. Əminəm ki, bundan sonra onlar istər ali təhsil alaraq, istərsə də peşə təhsilinə yiyələnərək həm öz valideynlərinə, həm də Vətənə daha layiqli övlad olmağa çalışacaqlar", - deyə Sevinc Orucova bildirib.
.jpg)




.jpeg)
.jpeg)
.jpeg)
