Modern.az

Yanğın olan ərazidə havadan nümunələr götürülüb

Yanğın olan ərazidə havadan nümunələr götürülüb

Aktual

13 İyun 2023, 18:14

Bu gün Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda baş verən yanğın nəticəsində atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən hazırda sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürülür.

 

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova Modern.az-a bildirib ki, götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?