Modern.az

Torpaq üstündə dava - 8 nəfər öldürüldü

Torpaq üstündə dava - 8 nəfər öldürüldü

15 İyun 2023, 12:36

Türkiyədə torpaq davası ölümə səbəb olub.

 

Modern.az "Haberturk"ə istinadən xəbər verir ki, Diyarbəkirin Bismil rayonunda torpaq mübahisəsi zəminində iki ailə arasında dava düşüb. Hadisə zamanı 7 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

 

Hadisə ilə əlaqədar kənddə jandarma tərəfindən təhlükəsizlik tədbirləri görülüb.

 

Diyarbakır valisi Əli İhsan Su insident zamanı 7 nəfərin hadisə yerində, bir nəfərin isə xəstəxanada öldüyünü açıqlayıb. Vali qeyd edib ki, xəstəxanada olan 3 nəfərin vəziyyətləri normaldır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?