Meksikanın şimal-qərb və cənub-şərqində havanın həddindən artıq isti olması ölümlərə səbəb olur.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, günvurma şikayəti ilə onlarla insan xəstəxanalara müraciət edib və onlardan 8 nəfəri ölüb.
Bildirilir ki, ölkənin xüsusilə Sonora, Veracruz, Quintana Roo ve Oaxaca əyalətlərində normadan artıq istilər bir neçə gün davam edəcək.