Modern.az

İqbal Ağazadə yenidən partiya sədri seçildi 

İqbal Ağazadə yenidən partiya sədri seçildi 

17 İyun 2023, 22:44

Ümid Partiyasının növbədənkənar qurultayı keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, qurultayda 229 nəfər nümayəndədən 207-si iştirak edib və yeni Nizamnamə qəbul edilib.

 

İqbal Ağazadə yenidən 5 il müddətinə partiyanın sədri seçilib. Həmçinin, 15 nəfərdən ibarət İdarə Heyəti formalaşıb.

 

Qeyd edək ki, İqbal Ağazadə 2002-ci ildən bu yana Ümid Partiyasına sədrlik edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?