Modern.az

Kürdə suyun səviyyəsi 36 sm artıb

Kürdə suyun səviyyəsi 36 sm artıb

Aktual

19 İyun 2023, 11:50

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, bu gün səhər saat 8:00-a olan məlumata görə, Göygöl rayonunun ərazisindən keçən Kürəkçayda suyun səviyyəsi 56 sm olub. Çayda suyun səviyyəsi 6 sm artıb.

 

Həmçinin Tovuz rayonunun ərazisindən keçən Axınçayda suyun səviyyəsi 62 santimetr təşkil edib. Bu, ötən günlə müqayisədə 5 santimetr artım deməkdir.

 

Tovuz rayonu Əsrikçay Əsrikcırdaxan avtomat hidroloji stansiyasında suyun səviyyəsi 36 sm-dir. Dünənlə müqayisədə çayda suyun səviyyəsində 12 santimetr artım müşahidə olunub.

 

Qobustan rayonu ərazisindən keçən Pirsaatçayda suyun səviyyəsi 36 santimetr təşkil edib. Ötən günlə müqayisədə artım 1 santimetr olub.

 

Sabirabad rayonu Kür Surra hidroloji stansiyasında suyun səviyyəsi ötən günlə müqayisədə 36 sm qalxıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?