Modern.az

Naxçıvanda daha bir vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Naxçıvanda daha bir vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Aktual

19 İyun 2023, 15:50

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin direktorunun Müalicə işləri üzrə müavini Nəzakət Quliyeva işdən azad edilib.

 

Modern.az xəbər verir ki, onun vəzifə təlimatı qaydalarını pozaraq, vəzifələrinin icrasına laqeydlik göstərdiyinə görə işdən uzaqlaşdırıldığı bildirilir.

 

N. Quliyeva mərkəzin həkimi kimi də işdən çıxarılıb.

 

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun müvafiq əmri ilə Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə direktor müavini - baş həkim təyin olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?