Modern.az

Şəhid İlham Fərzəliyevin anım günü qeyd edilib - FOTOLAR

Şəhid İlham Fərzəliyevin anım günü qeyd edilib - FOTOLAR

20 İyun 2023, 09:56

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı şəhid Kapitan İlham Fərzəliyevin anım mərasimi ilə əlaqədar ailəsini ziyarət edib.

 

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi Səkinə Baxışzadə 19 İyun 2023-cü il tarixində  Vətən müharibəsi iştirakçısı, şəhid Kapitan İlham Fərzəliyevin anım günü ilə əlaqədar Göygöl rayonun Murovdağ qəsəbəsində məzarını və Gəncə şəhəri Gülüstan qəsəbəsində ailəsini ziyarət edib.

 

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi Səkinə Baxışzadə şəhid İlham Fərzəliyevin keçdiyi şərəfli döyüş yolundan danışaraq bildirdi ki, Vətən Müharibəsi zamanı torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərmiş şəxslərə və onların ailə üzvlərinə dövlətimiz tərəfindən xüsusi diqqət, qayğı ilə yanaşılır, onlar üçün yeni sosial dəstək proqramları həyata keçirilir. Azərbayacan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın  diqqət və qayğısı sayəsində, bu kateqoriyadan olan şəxslərin problemləri diqqət mərkəzində saxlanılır.

 

Şəhidlərin ailə üzvləri  dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişdilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?