Modern.az

Tovuzda 11 ton çətənə kolu məhv edilib

Tovuzda 11 ton çətənə kolu məhv edilib

20 İyun 2023, 10:04

Tovuzda 11 tona yaxın yabanı halda bitən çətənə kolu məhv edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Hunanlar, Əyyublu, Əlimərdanlı kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

 

Ümumi çəkisi 10 ton 633 kiloqram olan, 8414 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?