Modern.az

Tıxaca görə avtobuslar parklarda saxlanılır - Agentlik sədri

Tıxaca görə avtobuslar parklarda saxlanılır - Agentlik sədri

20 İyun 2023, 11:28

Avtobus zolaqlarının yeri doğru müəyyən olunsa, bu zolaqlardan istifadə olunması qaydalarının həyata keçirilməsi daha rahat ola bilər.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən brifinqdə bildirib.

 

“Tıxaclar nəticəsində avtobusların dövriyyə sayı azalıb və daşıyıcılar məcburiyyət qarşısında çox sayda avtobusları daşımadan çıxarıb parklarda saxlayırlar. Xeyli sayda avtobusların xəttə çıxmasını gözləyirlər və hamısı saz vəziyyətdədir”, - deyə Anar Rzayev əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?