Modern.az

Dərmanların satış qiymətini dövlət müəyyənləşdirəcək

Dərmanların satış qiymətini dövlət müəyyənləşdirəcək

20 İyun 2023, 12:08

Azərbaycanda dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi dövlət tərəfindən müəyyənləşdiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsində qeyd olunub.

 

Qanun layihəsində dəyişikliklərə görə, dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?