Milli Məclisdə antibiotiklərin reseptlə verilməsi təklif olunub.
Modern.az xəbər verir ki, bu barədə deputat Kamilə Əliyeva Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
“Ölkəyə antibiotiklər reseptsiz buraxılır. Onların reklamı mətbuatda gedir, bu da ciddi problemlərə səbəb olur. Ona görə də antibiotiklər reseptlə verilməlidir. Bununla bağlı dünya ölkələrində də təcrübələr var”, - deputat vurğulayıb.