Modern.az

Dərmanların qiymətləri çox bahadır - Komitə sədri

Dərmanların qiymətləri çox bahadır - Komitə sədri

20 İyun 2023, 12:53

Mən hesab edirəm ki, Azərbaycanda dərmanların qiymətləri çox bahadır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.

 

“Bunu yoxlamaq o qədər də çətin deyil. MDB ölkələrinə getsəniz, bunu aydın şəkildə görəcəksiniz. Bunu gizlətməyin adı yoxdur. Dərman qiymətlərinin tənzimlənməsi nazirliyin tabeliyində olmaya da bilər. Amma Tarif Şurasında bununla məşğul olan insanlar dünyada olan qiymətlərə baxmalıdır. Bilməlidirlər ki, ölkədə dərman qiymətlərində artım var, qiymətlər optimallaşdırılmalıdır”,  - deyə komitə sədri vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?