Modern.az

Dərman vasitələrinin bölgüsü aparılacaq - 3 istiqamət

Dərman vasitələrinin bölgüsü aparılacaq - 3 istiqamət

20 İyun 2023, 13:25

Tibbi vasitələr sertifikatlaşdırılmadan öncə onların risk dərəcəsinə görə bölgüsü təyin olunacaq.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.

 

"Bu, üç istiqamətdə olacaq. Belə ki, dərman vasitələri yüksək riskli, riskli və az riskli olaraq sertifikatlaşdırılacaq", - deyə nazir müavini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?