İyunun 20-si saat 16:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən yaşayış məntəqəsində mülki infrastrukturun müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır.
Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, yayılan iddialar həqiqətə uyğun deyil. "Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik".