Dövlət satınalmalarının əsas prinsipləri müəyyənləşib.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” qanunda qeyd olunub.
Qanun layihəsinə əsasən, dövlət satınalmaları aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
1. maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi;
2. satınalmaların şəffaflıq, aşkarlıq və rəqabətlilik əsasında həyata keçirilməsi;
3. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalmaların bərabərlik əsasında həyata keçirilməsi.