“Qanunun insanların gündəlik həyatına təsiri olsa da, dili mürəkkbədir”.
Modern.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“İqtisadçı və maliyyəçi olmayanın bunu oxuyub dərk eləməsi çətindir. Qanun müzakirəyə çıxarılmamışdan öncə Mərkəzi Bank bunun barəsində izahlar, açıqlamalar verməli idi. Qanun 6-7 ildir dövriyyədədir, çox gec hazır oldu. Qanun layihəsi Mərkəzi Asiya ölkələrindən sonra qəbul olunur”,- deyə deputat iradlarını bildirib.