Modern.az

Harada insan varsa, orada problem çox olur - Deputat

Harada insan varsa, orada problem çox olur - Deputat

Aktual

22 İyun 2023, 13:02

Satınalmalarda əsas məqsəd şəffaflıqdır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.

 

“Düşünürəm ki, bu sahədə daha da elektronlaşmaya getməliyik. İnsan amili harada varsa, orada problem kifayət qədərdir. Hətta Hesablama Palatasının rəyində həmişə satınalma birinci yerdə gedir. Belə hesab olunur ki, ən çox problem satınalmadadır. Məsələn, bu gün satınalmada 5 şirkət iştirak edir və biri udursa, konvertlər açılır. Bundan sonra udan şirkət işi başqa şirkətlərə verir. konvert açılan kimi sistemə işlənməlidir. Ona görə də burada islahatlara getmək lazımıdır”,- deyə deputat vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?