Modern.az

Abbasbəyli: Vicdansızı ifşa etmək çətin olur

Abbasbəyli: Vicdansızı ifşa etmək çətin olur

Aktual

22 İyun 2023, 13:16

"Problemlərin həll olunması üçün bütün dövlət təşkilatları öz işini vicdanla görməlidir. Hər otağa kameraya qoya bilmərik. Dövlət təşkilatında vicdansız tender komissiyasının üzvü oturubsa, onu ifşa etmək çətin olur".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

 

"Təşkilatlarda insanlar öz işini vicdanla yerinə yetirməyənə qədər problemlərin həlli yarımçıq olacaq. Ona görə də hər kəs işini vicdanla görməlidir", - deyə o bildirib.

Bu xəbər ilə bağlı
Dostum zəng edir ki, problem var, onu həll et – Xidmət rəisi 
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?