Mingəçevirdə itkin düşən 35 yaşlı qadın tapılıb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 1988-ci il təvəllüdlü Süleymanova Çinarə Fəxrəddin qızı Mingəçevir şəhəri ərazisindən tapılıb.
O, iyunun 19-u səhər saatlarında yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə getmiş və bir daha geri qayıtmamışdı.