Modern.az

ÜST-dən xəbərdarlıq - Şəkər xəstələrinin sayı artacaq

ÜST-dən xəbərdarlıq - Şəkər xəstələrinin sayı artacaq

23 İyun 2023, 17:10

ÜST ekspertləri və aparıcı həkimlər belə qənaətə gəliblər ki, bütün dünya ölkələri mübarizə tədbirləri görməsələr, əsrin ortalarına qədər dünyada şəkərli diabet xəstələrinin sayı indiki 529 milyondan 1,3 milyarda çatacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Sağlamlıq Ölçmələrinin Öyrənilməsi üzrə Amerika İnstitutunun (IHME) mətbuat xidməti məlumat yayıb.

 

"Şəkərli diabet hal-hazırda dünya əhalisinin təxminən 6,1%-nə təsir edir və onu ölüm və əlilliyin əsas 10 səbəbindən birinə çevirir. Yaxın 30 ildə daşıyıcıların sayı iki dəfədən çox artacaq, bu artım xüsusilə Şimali Afrika, Yaxın Şərqə təsir edəcək. Burada şəkərli diabet daşıyıcılarının sayı 11,3%-dən 17,8%-ə qədər olacaq”, - məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?