Modern.az

Avtoxuliqanlıq edən şəxs həbs edildi - VİDEO

Avtoxuliqanlıq edən şəxs həbs edildi - VİDEO

Aktual

24 İyun 2023, 09:50

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 2-ci taqımının əməkdaşları tərəfindən keçirilən tədbirlərlə özü və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan Şabran rayon sakini Ruhid Rəsulov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Xaçmaz rayonunun mərkəzi küçələrində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

 

Lakin, o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Avtomobil uzun sürən tədbirlərdən sonra dayandırılıb.

 

Həmin şəxs ifadəsində əməllərini etiraf edib.

 

Faktla bağlı araşdırmalar başlanılıb və məhkəmənin qərarı ilə Ruhid Rəsulovun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?