Modern.az

Taksilərdə əlavə cihaza ehtiyac yoxdur - Nazir müavini

Taksilərdə əlavə cihaza ehtiyac yoxdur - Nazir müavini

Aktual

24 İyun 2023, 11:40

Taksilərdə hər hansı bir əlavə cihazın quraşdırılmasına ehtiyac yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

 

“Taksilərdə həm taksometrdən, həm də proqram təminatından istifadə edilə bilər, hər hansı əlavə cihazın qurulmasına ehtiyac yoxdur. Taksi sürücülərinin tibbi müayinədən keçirilməsinə gəldikdə isə burada başqa ölkələrin təcrübələrindən istifadə edirik. Taksi şirkətlərində qarajların olması lazımdır. Bu qarajlarda tibbi müayinənin keçirilməsinə nəzarət olunmalıdır”, - deyə nazir müavini vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?