Modern.az

Deputatlardan satınalma ilə bağlı təklif və iradlar

Deputatlardan satınalma ilə bağlı təklif və iradlar

Aktual

24 İyun 2023, 12:39

“Dövlət büdcəsinin dörddə birini təşkil edən satınalmaların ümumi maliyyə tutumunun 7 milyard manata yaxın olması o deməkdir ki, nəinki inhisara qarşı, eləcə də büdcənin xərclənməsində getdikcə artan ictimai nəzarət, xalqın qarşısında hesabatlılıq və aşkarlıq, o cümlədən korrupsiyanın azaldılması və qənaətli, effektiv xərclənmələrin həyata keçirilməsi son illərin nailiyyətləri hesab oluna bilər”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

 

O çıxışı zamanı bəzi məqamlara toxunub, təkliflərini irəli sürüb: “O da faktdır ki, rəqabət mühiti şəffaflıq və himayəsiz qurumların bərabər imkanlar qazanmasına şərait yaratdığı kimi, eyni zamanda öhdəlikləri yerinə yetirmək imkanları olmayan iddiaçıların da satınalmalarda qalib olması riskini artırıb. Hesablama Pa delatasının rəyində deyilir ki, belə hallarda dövlət satınalmaları ləngiyir, təqdim edilən malların (işlər və xidmətlərin) keyfiyyəti aşağı düşür, bəzən qalib iddiaçının ümumiyyətlə müqavilə üzrə öhdəliyi yerinə yetirməkdən imtinası ilə bağlı risklərə yol açır.

 

"Yeni qanun layihəsi imkan verəcək ki, Azərbaycan beynəlxalq hesabatlarda öz mövqeyini yaxşılaşdıracaq. Çünki bir mənbədən istifadə üzrə reytinqlərdə ön yerdə olmaq qətiyyən müsbət hadisə sayıla bilməzdi”,- deyə Zahid Oruc bildirib.

 

Deputat Vahid Əhmədov isə bildirib ki, satınalmalarla əlaqədar kifayət qədər nöqsanlar var: “2022-ci ildə təxminən dövlət büdcəsinin 20%-i həcmində satınalma həyata keçirilib. Əksər ölkələrdə bu rəqəm 30-35 %-dir. Bizdə kifayət qədər rezerv var. Mən qapalı satınalmanı başa düşürəm. Yəni silah, sursat və digər məxfi əşyalar üçün qapalı satınalma keçirilməsini başa düşürəm. Amma təhlükəsizlik qurumları digər məhsullar üçün açıq şəkildə satınalmaya qoşula bilər. Bundan əlavə, elektron satınalma xidməti genişləndirilməlidir. Tenderi udan şirkətlərlə bağlı qanunsuzluqlar olur. Tender qalibini elə həmin gün portalda elan etmək lazımdır. Çünki sonra xahişlə, minnətlə tenderdə qalib gələn şirkəti dəyişirlər. Ona görə də bunun qarşısını almalıyıq”,- deyə o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?