Modern.az

Deputat tender fırıldağından şikayətləndi

Deputat tender fırıldağından şikayətləndi

Aktual

24 İyun 2023, 12:46

Satınalmalarla əlaqədar kifayət qədər nöqsanlar var.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Etibar Əliyev bildirib.

 

“Bununla bağlı mənim də məlumatım var. Bir nəşriyyat var ki, adı “Şərq-Qərb”dir. Əgər tender elan olunarsa, hər zaman “Şərq-Qərb” qazanır. Digər nəşriyyatlar tender olunan kimi pərəm-pərəm olur. Bilirlər ki, tenderə qoşulsalar da, bu nəşriyyat qalib gələcək. Digər tərəfdən nəşriyyatın hüquqi pozğunluğa yol açması ilə bağlı faktlar da var. Ümid edirik ki, yaxın zamanda ədalətli rəqabət mühiti yaradılacaq”, - deputat vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?