Modern.az

Tenderə qatılan şirkətlər təzyiqlə üzləşir

Tenderə qatılan şirkətlər təzyiqlə üzləşir

Aktual

24 İyun 2023, 12:50

Tenderdə iştirak edən şirkətlərə qarşı təzyiqlər olur.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

 

“Şirkətlərə təzyiq edilir ki, tenderdən geri çəkilsinlər. Bundan əlavə, komissiya tərəfindən hansısa şirkətə son qiymət gizli şəkildə ötürülür. Məsələn, təyin olunub 50 manat, tenderdə iştirak edən şirkət qiymət olaraq 49 manat qeyd edir. Bununla da özünə yaxın şirkət tenderdə qalib edilir. Hesab edirəm ki, komissiyaya tenderə qatılan şirkətlər barədə məlumatlar verilməməlidir. Çünki komissiya üzvləri qanunsuzluqlara yol verir. Biz bunları edə biləcəyiksə, şəffaflığa nail ola biləcəyik. Tenderdə iştirakın onlayn yolla keçirilməsi də müsbət hal olar”,- deyə o vurğulayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?