Bu gün Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olumuş "2-ci Otorinolarinqoloji Simpozium" keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə tibb üzrə fəlsəfə doktorları Ramil Həşimli və İlter Denizoğlu, eləcə də tanınmış həkimlər Dilşad Şadlinskaya, Kamil Süleymanov və başqaları iştirak ediblər.
İclasın ilk hissəsində səs xəstəliklərinin müalicəsində istifadə edilən "Doctor Vox" səs terapiyasından bəhs edilib. Bu üsulla bağlı canlı örnəklər nümayiş etdirilib.
Tədbirin ikinci hissəsində isə professor Levent Özlüoğlu, uzman Xəyyam Məsiyev və Cəmşid Məmmədov "Koxelear İmplantasiya" - canlı cərrahiyyə barəsində söhbət açıblar.
Mövzu ilə bağlı slayd və videolar təqdim olunub. Tədbir elmi müzakirələr və sual-cavabdan sonra başa çatıb.





