“2023-cü ilin başlanğıcından aprel ayına qədər 8611 İsrail vətəndaşı Bakıya səfər edib. Bu, yanvar-may aylarında Türkiyəyə səfər etmiş 194 min israilli ilə müqayisədə çox azdır, buna baxmayaraq, Azərbaycan nikbindir”.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov İsrailin "Globes" qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, uçuşların sayının artırılması planlaşdırılır. Səfirin sözlərinə görə, uçuş biletləri artıq tam satılır.
"Turizm potensialımız böyükdür. İsrailin xarici işlər naziri Eli Kohenin apreldə Bakıya səfəri zamanı tərəflər turizm məsələsini müzakirə ediblər. Bu məsələ prezident Hersoqun 30 may 2023-cü il tarixli səfəri zamanı da gündəmdə idi. Biz turizm agentləri və blogerlərlə işləyirik. İsrailin Azərbaycana turizminin həcminin artacağına inanırıq”, - deyə səfir bildirib.