Modern.az

İsraillə münasibətlərimiz neft və silahdan ibarət deyil - Muxtar Məmmədov

İsraillə münasibətlərimiz neft və silahdan ibarət deyil - Muxtar Məmmədov

Aktual

25 İyun 2023, 15:58

“Azərbaycanla İsrail arasında münasibətlər təkcə neft və silahdan ibarət deyil”. 

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Təl-Əvivdəki səfiri Muxtar Məmmədov İsrailin "Globes" qəzetinə müsahibəsində deyib.    

 

“Təkcə Azərbaycan və İsrail deyil, müxtəlif ölkələr hər şeyi satır və ya alır. Azərbaycan Avropa İttifaqının 10-a yaxın ölkəsinə təbii qaz satır. Bu o demək deyil ki, bizimlə bu ölkələr arasında münasibətlər yalnız enerji üzərində qurulub. Biz ölkələr arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdiririk”, - deyə o bildirib. 

 

Səfir eyni zamanda İsrail şirkətlərini Azərbaycana dəvət edib:

 

“Mən heç bir ticarət həcmindən razı qalacaq adam tanımıram, çünki bundan artığını etmək həmişə mümkündür. Biz mərkəzik və regionun bir çox ölkəsinə çıxışımız var. İsrail şirkətləri üçün Azərbaycanda imkanlar axtarmağa dəyər. Biz əsasən birgə müəssisələrdə maraqlıyıq və artıq sənaye, yüksək texnologiyalar, kənd təsərrüfatı sahələrində tezliklə nəticələrə gətirib çıxaracaq müsbət danışıqlar aparırıq”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?