Modern.az

Daha iki yoluxma - Ölən olmadı, 6 nəfər sağaldı

Daha iki yoluxma - Ölən olmadı, 6 nəfər sağaldı

25 İyun 2023, 16:26

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 934 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 621 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 31 nəfərdir.

 

Son sutka ərzində 493, hazırkı dövrədək isə 7 642 101 test aparılıb.

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?