Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş sabah ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutacaq. Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sülh sazişini müzakirə edəcəklər.
Mirzoyan artıq ABŞ-a yola düşüb.
Qeyd edək ki, iyunun ortalarında XİN başçılarının Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınmışdı.