Modern.az

İrana qarşı 9-cu sanksiya paketi qəbul edildi

İrana qarşı 9-cu sanksiya paketi qəbul edildi

Aktual

26 İyun 2023, 16:50

Avropa İttifaqı (Aİ) ölkədə insan hüquqlarının pozulması səbəbindən İrana qarşı 9-cu sanksiya paketini qəbul edib.

 

Modern.az xəbər verir ki, qərar Aİ-nin rəsmi jurnalında dərc edilib.

 

İranın 7 məmurunun adı "qara siyahı"ya salınıb. Onlardan ikisi qubernator, biri prokuror, biri hakim müavini və üç nəfəri polis əməkdaşıdır.

 

Adları "qara siyahı"ya salınan şəxslərin hamısına Avropa İttifaqı ölkələri ərazisinə girişi bağlanıb və onların Avropadakı aktivlərinin bloklanacağı qərara alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?