Modern.az

Etibar Əliyev komitə iclasına dərman gətirdi

Etibar Əliyev komitə iclasına dərman gətirdi

4 İyul 2023, 12:50

Milli Məclisin deputatı Etibar Əliyev özü ilə iclasa dərman gətirərək, içliyini başa düşmədiyini bildirib.

 

Modern.az xəbər verir ki, deputat çıxışı zamanı dərman içliyindən şikayətlənib.

 

“Özümlə bura dərman gətirmişəm. Litva istehsalı, qiyməti 35 manat olan dərman bağırsaq florasına faydalıdır. İçliyi oxuyuram, yazılıb ki, dərman vasitəsi deyil, qida əlavəsidir. Xəstəliklərin müalicəsi üçün istifadə oluna bilməz. Bəs nə üçün istifadə olunmalıdır?! Sadə vətəndaş bu içliyi oxuyub nə başa düşsün?”,- deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?