Modern.az

Tbilisi ilə Kiyev arasında qalmaqal böyüyür - Səfirə etiraz

Tbilisi ilə Kiyev arasında qalmaqal böyüyür - Səfirə etiraz

4 İyul 2023, 15:00

Gürcüstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, bu gün səfir Georgi Zakaraşvili Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəziyyətinin pisləşməsi ilə bağlı Ukrayna prezidentinin etirazının çatdırılması üçün XİN-ə dəvət olunub.

 

Gürcü diplomatın diqqətinə çatdırılıb ki, Ukrayna vətəndaşı olan Saakaşviliyə qarşı belə münasibət qətiyyən yolverilməzdir.

 

Həmçinin qeyd olunub ki, Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşına qarşı qeyri-insani hərəkəti dayandırmalıdır. Bununla əlaqədar Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvilinin mövcud vəziyyətin həlli yollarının tapılması istiqamətində məsləhətləşmələr aparmaq üçün Tbilisiyə getməsi tövsiyə olunub.

 

Bundan əlavə, Kiyev Saakaşvilinin müalicəsi üçün Ukraynaya aparılması məsələsini təcili müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?