BMT-nin Baş katibi Antonio Quterreş Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün iştirakçılarına müraciət ünvanlayıb.
Modern.az xəbər verir ki, müraciəti BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya oxuyub.
Məktubda qlobal dünyada baş verən problemlərin həlli yolu və ölkələrin dəstəyi məsələsinə toxunulub.
Qeyd edək ki, iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir.