Modern.az

Azərbaycanda vərəmli xəstələrin sayı AÇIQLANDI

Azərbaycanda vərəmli xəstələrin sayı AÇIQLANDI

5 İyul 2023, 11:27

“Azərbaycanda vərəmli xəstələrin sayına görə vəziyyət kifayət qədər qənaətbəxşdir".

 

Modern.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov vərəmlə bağlı keçirilən multi-sektoral görüşdə çıxışı zamanı deyib.

 

Bu problemin nəinki ölkəmizdə, bütün dünyada mövcud olduğunu bildirən nazir müavini qeyd edib ki, 2021-ci ildə vərəm əleyhinə dərmanlara davamlı formadan əziyyət çəkən 450 min yeni xəstə aşkarlanıb:

 

“Bu il iyunda Ümumdünya Səhiyyə Təşkilatı mikroblara qarşı anti-bakterial və göbələk əleyhinə davamlılıq göstərən problemlərin həlli üçün prioritet elmi-tədqiqat istiqamətlərini müəyyən edib. Elmi tədqiqat üçün 40 istiqamət seçilib və onlardan 7-si təqribən 20 faizi sırf vərəm əleyhinə dərmanlara davamlılıq probleminə həsr olunub. Bu onu göstərir ki, vərəm əleyhinə dərmanlara rezistentlik nə qədər önəmlidir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?