Modern.az

Paşinyan niyə narahatdır? - Putinə zəngin səbəbi

Paşinyan niyə narahatdır? - Putinə zəngin səbəbi

6 İyul 2023, 09:54

"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağda anti-terror əməliyyatına başlaya biləcəyindən narahatdır".

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistan və Rusiya liderlərinin telefon danışığını şərh edərkən deyib:

 

"Ermənistanın baş naziri Nikol Paşinyan yenə Rusiya prezidenti Vladimir Putinə zəng edib. Kremldən yayılan açıqlamada telefon danışığının Nikol Paşinyanın təşəbbüsü ilə gerçəkləşdiyi bildirilib. Paşinyanın narahatlığı bölgədə gərginliyin artmasıyla bağlıdır. Paşinyan Azərbaycanın Qarabağda anti-terror əməliyyatına başlaya biləcəyindən narahatdır. Onun Putinə zəngi xəbərçilik anlamı daşıyır. Halbuki, Putinə bölgədəki vəziyyət barədə hər gün kəşfiyyat məlumatları çatdırılır və onun Paşinyanın məlumatlarına ehtiyacı yoxdur".

 

"Qarabağ separatçıları əvvəlkitək Rusiya hərbi kontingentinin müşayiəti ilə bir məntəqədən o birisinə silah daşımaqda davam edirlər. Bu təxribatın sadə səbəbi var. Separatçılar bilirlər ki, Rusiya hərbi kontingentinin müşayiəti olmasa hərbi texnikaları havadan vurulacaq. Erməni separatçılarını müşayiət edən Rusiya hərbi kontingenti Kreml sahibinin əmrini yerinə yetirir", - politoloq vurğulayıb.

 

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

 

"Tərəflər Qarabağ, Laçın dəhlizi ətrafındakı vəziyyəti və Ermənistan-Azərbaycan dialoqunu müzakirə ediblər. Putin Rusiya tərəfinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin inkişafına yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib", - Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?