“İndiki zamanda Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi daha məqsədə uyğundur”.
Modern.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin növbədənkənar sessiyasının iclasında bildirib.
“Biz bunu daha məqsədəuyğun hesab edirik. Tarif Şurası tərəfindən beynəlxalq standartlara cavab verən tənzimlənmə həyata keçirilir. Bu tənzimlənmə dünyanın bir neçə inkişaf etmiş ölkələrində də istifadə olunur”,- nazir müavini dərmanların qiymətindən danışarkən deyib.