Modern.az

Albaniya Prezidenti Bakıdadır - YENİLƏNİB

Albaniya Prezidenti Bakıdadır - YENİLƏNİB

Aktual

6 İyul 2023, 16:08

Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Prezident Bayram Beqayı və xanımı Armanda Beqayı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

 

***

13:50

Albaniya Prezidenti Bayram Beqay Azərbaycana səfərə yola düşüb.

 

Modern.az xəbər verir ki, onun energetika sahəsində Azərbaycanla əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

 

Bundan əlavə, səfər zamanı ikitərəfli əməkdaşlıq, həmçinin Albaniyada müasir qazlaşdırma şəbəkəsinin inşasına olan qarşılıqlı maraq müzakirə olunacaq.

 

Eyni zamanda səfər çərçivəsində Albaniyadan regionun digər ölkələrinə qazın paylanması üzrə layihələrin reallaşdırılmasına xüsusi diqqət yetiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?