Cari ilin iyun ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 33,05 faiz artıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən Modern.az bildirilib ki, ötən ilin iyun ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 347,3 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 462,1 manat təşkil edib.