Modern.az

Sülhü qorumaq bizim borcumuzdur - Qaribaşvili

Sülhü qorumaq bizim borcumuzdur - Qaribaşvili

7 İyul 2023, 14:34

Gürcüstan hazırda böyük geosiyasi çağırışlar dövrünü yaşayır.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

 

"Bu mərhələni müdriklik və səbirlə keçmək, ayıq-sayıq olmaq, uzaqgörənliklə hərəkət etmək, sülhün qorunmasının qayğısına qalmaq bizim borcumuzdur. Eyni zamanda, əhalimizin gözləntilərini qarşılamaq üçün ölkəmizi inkişaf etdirməliyik", - deyə o bildirib.

 

Baş nazirin sözlərinə görə, Gürcüstan hökuməti hazırkı mürəkkəb və çətin vəziyyətdən çıxış yolu tapmaq, Avropa İttifaqına namizəd statusu almaq üçün bütün gücü ilə çalışır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?